IQNA

Fransada "Gənc müsəlman və fərdiyyətçi cəmiyyət" adlı konfras keçiriləcək

10:40 - December 12, 2010
Xəbər sayı: 2046384
Beynəlxalq şöbə: Dekabrın 18-də Fransanın Bagnolet şəhərində "Gənc müsəlman və fərdiyyətçi cəmiyyət" adlı konfrans təşkil olunacaq.
İQNA Quran agentliyi " olivierdelapaix" saytına istinadən məlumat verir ki, konfrans "Sülh Zeytunu" ( Olivier de la Paix) islami birliyin təşəbbüsü ilə təşkil olunur. Konfransda Fransa İslami Təşkilatlar Birliyinin (UOİF) üzvi və Gənc Müsəlmanlar Birliyinin təsisçisi Hassan İquioussen iştirak edəcək.
Konfransdan öncə məğrib və işa namazları qılınacaq, sonra Qurani Kərim ayələri tilavət olunacaq. Konfransda Qərbin fərdiyyətçi cəmiyyətində müsəlman gənclərin vəziyyəti araşdırılacaq.
Qeyd edək ki, Sülh Zeytunu birliyi Paris ətrafı müsəlmanlarının qurultayının təşkili üçün lazimi şəraitin yaradılması və Quran tilavəti və Ərəb dilini öyrənilməsi məqsədi ilə təsis olunb.710471
captcha