İQNA Quran agentliyinin " New York Times " qəzetinə istinadən verdiyi məlumata əsasən, sərgidə 500-dən çox islami sənət əsəri sərgilənir. Sərgidə sərgilənən islami sənət sərlərini İran əsilli kolleksiya toplayan professor Nasir Deyvid Xəlilinin təşəbbüsü ilə sərgilənir.
Sərgidə Qurani Kərim, islami əlyazmalar, rəsm əsərləri, bahalı daş-qaşlar, saxsı, şüşə və dəmirdən işlənmiş qablar və ağacdan bəzəkli yazılar nümayiş etdirilir.
Sərgidə sərgilənən sənət əsərləri İran, Hindistan, Çin, İspaniya və digər ölələrdən toplanmış islami sənət əsərləridir. Bu sənət əsərləri 10-19-cu əsrlərə aid əsərləridir. Sərgi hazırda Amesterdamda təşkil olunub və 2011-ci ilin aprel ayının 12-dək davam edəcək. 711998