Bu sözləri İranın İslami əlaqələr və mədəniyyət təşkilatının rəhbəri Məhəmməd Baqir Xörrəmşad İQNA Quran agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, yaradılacaq tələbələr şəbəkəsi islam və islam inqilabının dəyərlərinin dünyada yayılmasına kömək edə bilər.
O əlavə edib ki, Müsəlman Tələbələrin Quran müsabiqələrinin təşkil olunması Quran mədəniyyətinin dünyanın bütün ölkələrində tələbər arasında yayılmasına səbəb olur və Quran mədəniyyətinin inkişaf etdirilməsi üçün ən yaxşı seçimdir.
"Tələbələr hər bir cəmiyyətdə təsir edici qüvvədirlər, ona görə bu kimi proqramların təşkili onların Quran, İslam və İslam İnqilabı ilə tanışlıqlarına şərait yaradır",-deyə Xörrəmşad deyib.
Xorrəmşad əlavə edib ki, rəhbərlik etdiyi qurum Quran haqqında elmi dəyirmimasalar, sərgilər, mətbuata maarifləndirmə, müsabiqələrin təşkili, Quran haqqında yazılan əsərlərin tərcüməsi və çapı və müxtəlif ölkələrdə "Darul-Quranlara" maliyə yardım kimi layihələri Quran mədəniyyətinin inkişafı üçün həyata keçirəcək.
O deyib ki, islami ölkələr arasında Quran sahəsində əməkdaşlıqlar üçün geniş potensial mövcuddur. Misir, Sudan, Malaziya, İndoneziya, Səudiyyə Ərəbistan və Suriya kimi ölkələr İranla Quran sahəsində əməkdaşlıqlarını artıra bilərlər. "Quran müəllim və tələbələrin mübadiləsi, müsabiqələrin təşkili və müştərək fəaliyyətlərin göstərilməsi ölkələr arasında əməkdaşlıqların genişlənməsində yardımçı ola bilər.", -deyə Xorrəmşad deyib.
O əlavə edib ki, Qurana qarşı hörmətsizliklər olduğu zaman həmin ölkələr birgə layihələr icra edərək ona etirazlarını bildirə bilərlər. 716457