İQNA Quran agentliyinin “Nəsih” saytına istinadən məlumatına əsasən, Əl-Riad universitetində həmçinin ictimai araşdırmalar fakültəsi istifadəyə verilib.
Bu iki fakültədə tədris 1431-1432-ci il tədris ili üçün təsdiq olunub. Bu məqsədlə universitetin rektoru Süleyman bin Abdullah Aba Xəlil və Səudiyyə Ərəbistanı Ali Təhsil Şurasının baş katibi Məhəmməd bin Əbdül-Əziz Əl-Salehin iştirakı ilə iclas keçirilib. İclasda həmçinin “dini elmlər”, “ərəb elmləri” və “humanitar elmlər” jurnallarının yeni üzv yazarları seçilib. 719382