IQNA

21:44 - December 29, 2010
Xəbər sayı: 2055775

“Rusiyada İslam” adlı aylıq jurnalın ilk sayı Ərəb dilində işıq üzü görüb

Beynəlxalq şöbə: “Rusiyada İslam” adlı aylıq jurnalın ilk sayı Ərəb dilində işıq üzü görüb. Jurnal Rusiyada müsəlmanlar və islam haqda dəqiq və düzgün məlumatları çatdırmaq məqsədi ilə çap olunur.

İQNA Quran agentliyinin “Əl-Kövsər” saytına istinadən məluamtına əsasən, “Rusiyada İslam” jurnalının baş redaktoru Riad Mustafa bildirib ki, bu jurnal Rusiyada müsəlmanların qarşılaşdığı problemlər və müsəlman dini azlıqlarınvə Ərəblərin bu ölkədə fəaliyyətlərini araşdırır.
O əlavə edib ki, jurnalın çap olunmasından məqsəd Ərəb ölkələrində ziyalıları Rusiya və bu öklənin daxili durumu ilə tanış etmək və onlara Rusiyada İslam və müsəlmanların vəziyyəti haqda məlumatlandırmaqdır.
Mustafa həmçinin bildirib ki, jurnal həmçinin Rusiya və Ərəb ölkələri arasında əlaqələrin inkişaf etdirilməsinə yardım etmək məqsədi ilə çap olunur.
Qeyd edək ki, Riad Mustafa 20 ilə yaxındır ki, Rusiyada yaşayır və jurnalistika fəaliyyəti göstərir.720545
captcha