IQNA

14:41 - December 30, 2010
Xəbər sayı: 2055959
Siyasi və ictimai şöbə: Qırğızıstan Müftiliyi ölkənin tarixində ilk dəfə olaraq cümə gününü müsəlmanlar üçün rəsmi tətil günü kimi elan edib.
İQNA Quran agentliyinin məlumatına əsasən, Müftilik İdarəsinin alimlər və ruhanilər şurasının iclasında bu haqda qərar qəbul olunub. Qərara əsasən bundan sonra müsəlmanlar şənbə günü iş günü və cümə günü tətil günü kimi qeyd olunacaq.
Qırğızıstan Böyük Müftisi Çubaq Hacı Cumanov bildirib ki, cümə günü müsəlmanlar üçün həftənin digər günlərindən üstün sayılır. Bu gün bayram günüdür və ibadət etmək günüdür, ona görə biz bu günü tətil etmək qərarına gəldik.
Qeyd edək ki, Qırğızıstanda indiyədək şənbə və bazar günləri tətil günü kimi qeyd olunurdu, bundan sonra isə şənbə gününün əvəzinə cümə günləri tətil günü kimi qeyd olunacaq.720866
Ad:
E-poçt:
* Comment:
* captcha: