İQNA Quran agentliyi “lecfcm” saytına istinadən məlumat verir ki, Fransa Müsəlmanlar Şurasının sədri Məhəmməd Musəvi İsgəndəriyyə şəhərində kilsə yaxınlığında baş vermiş terror aktını pisləyərək bu kimi hərəkətləri vəhşilik adlandırıb.
Bəyanatda bildirilir ki, CFCM yeni il axşamı baş vermiş bu hadisədən təssüfləndiyini bildirir və dünyada sülh tərəfdarlarının hamısını ədalətsizlik və terrorizmlə mübarizədə birləşməyə çağırır.722465