IQNA

İSESCO İranın Məşhəd şəhərində keçirilən Müsəlman Tələbələrin Beynəlxalq Quran müsabiqəsinə maliyyə yardım göstərib

23:05 - January 08, 2011
Xəbər sayı: 2060985
Beynəlxalq şöbə: İslami Mədəniyyət , Elm və Təhsil Təşkilatı (İSESCO) İranın Məşhəd şəhərində keçirilən Müsəlman Tələbələrin Beynəlxalq Quran müsabiqəsinə maliyyə yardım göstərib.
İQNA Quran agentliyinin “İSESCO”-ya istinadən məlumatına əsasən, İSESCO Müsəman Tələbələrin III dövr Beynəlxalq Quran Müsabiqəsinə dəstək məqsədi ilə İranın Cahad-e Daneşqahi təşkilatına maddi yardım göstərib.
İSESCO-nin Tehran ofisinin rəhbəri Abbas Sədri Məşhəddə keçiriləcək müsabiqədə nümayəndə kimi iştirak edəcək.
Qeyd edək ki, Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsi dünyanın 40 ölkəsindən nümayəndələrin iştirakı ilə yanvarın 9-12-də İranın Məşhəd şəhərində keçiriləcək.726102
captcha