İQNA Quran agentliyinin məlumatına əsasən, müsabiqədə dünyanın 40 ölkəsindən 60 nəfər iştirak edəcək. Müsabiqə iştirakçıları yanvarın 8-də Məşhədə şəhərinin Qəsr-e Təlayi hotelinə yerləşdiriliblər. Müsabiqə iştirakçıları yanvarın 9-da Məşhəddə keçirilən Quranla bir gecə proqramına və əyalət başçısının şam ziyafətində iştirak edəcəklər. Yanvarın 10-da İmam Rza (ə) hərəmini ziyarət edəcəklər və həmin gün saat 14:30-da müsabiqə başlaycaq və axşam saat 21:30-dək davam edəcək. Müsabiqənin üçüncü günü iştirakçılar tələbələrin iştirakı ilə “Quranla yaşamağa doğru” və “İslamafobiya” mövzusunda seminar keçiriləcək. Müsabiqə yanvarın 12-dək davam edəcək. 726429