IQNA

İran Avropa ölkələrində mədəniyyət mərkəzləri təsis edəcək

23:45 - January 10, 2011
Xəbər sayı: 2062384
Siyasi və ictimai şöbə: İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatı (İƏMT) Avropa ölkələrində 20 nümayəndəlik və mədəniyyət mərkəzi təsis edəcək.
İQNA Quran agentliyinin məlumatına əsasən, İƏMT-nin beynəlxalq məsələlər üzrə rəis müavini höccətul-islam İmanipur bildirib ki, belə mədəniyyət mərkəzlərindən biri Hollandiyada təsis olunacaq. Ona görə ki, bu ölkədə 35 min nəfər İranlı yaşayrı.
Yanvarın 9-da Qum şəhərində Camiətul-Mustafa (s) universitetinin tələbələri ilə keçirilən toplantıda keçirilib. Toplantıda İƏMT-nin sədri Məhəmməd Baqir Xörrəmşad və Camiətul-Mustafa (s) rektoru höccətul-islam Ərafi iştirak edib.
Toplantıda çıxış edən İmanipur deyib ki, müxtəlif dillərə tərcümə olmuş kitab bakı hazırlanacaq və İƏMT-nin rəsmi saytında yerləşdiriləcək ki, maraqlananlar buradan istifadə edə bilsinlər.
“Hazırda Quran, Nəhcül-Bəlağə, şəhid Müttəhərinin kitabları və bu kimi 50 –yə yaxın əsas kitablar müxtəlif dillərə xüsusi ilə rus dilinə tərcümə və çap olunub”, -deyə İmanipur deyib. 727736
captcha