İQNA Quran agentliyi Deyerler.org-a istinadən məlumat verir ki, Müraciət imzalarla birgə məktub formasında QMİ-nin məktublar şöbəsinə təqdim edilib.
Müraciətin mətnində bildirilir ki, hicab narahatlığının tezliklə müsbət həllini tapması üçün QMİ sədri də öz səlahiyyətlərindən istifadə edib öz töhfəsini versin. Gəncəlilər bu müraciətlərində QMİ sədrindən məsələnin həllini xahiş ediblər. Müraciətdə həmçinin bildirilir ki, hicab Azərbaycanın milli-mənəvi dəyərlərindəndir.
Bildirilir ki, əslində müraciətə daha çox gəncəlinin imza atması gözlənilirdi. Lakin imzatoplama kampaniyasına polisin müdaxiləsi nəticəsində daha çox sakinin qoşulmasının qarşısı alınıb. Verilən məlumatlara əsasən, Gəncə polisi imza vermək istəyənlərin bir qismini şöbələrə çağıraraq təzyiqlər göstərib. Hazırda da bir sıra Gəncə sakinlərinin yerli polis tərəfindən narahat edildiyi bildirilir.