IQNA

Müsəlman Tələbələrin Beynəlxalq Quran müsabiqəsinin final mərhələsi keçirilib

23:27 - January 11, 2011
Xəbər sayı: 2063165
Quran fəaliyyətləri üzrə şöbə: Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsinin final mərhələsi hifz və qiraət üzrə 10 nəfərin iştirakı ilə yanvarın 11-də Məşhəddə başlayıb.
İQNA Quran agentliyinin məlumatına əsasən, müsabiqənin final mərhələsinə hifz fənni üzrə İndoneziyadan Məhəmməd Salim Qəzali, Sudandan Əl-Haris İbrahim Əhməd Əl-Mukaşifi, İrandan Məhəmməd Xətibi, İordaniyadan Raşid Hüseyn Əli əl-həmisi və Liviyadan Badraddin Əbdülhəkim əl-Vərfani vəsiqə qazanıb.
Qiraət fənni üzrə isə İndoneziyadan Məhəmməd Töhər, İrandan Hamid Vəlizadə, Əfqanıstandan Həmidullah Haşimi, Tacikistandan Səmərəddin Səmədov və İraqdan Əli Fəllah vəsiqə qazanıb.
Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsi yanvarın 11-də başlayıb və müsabiqənin bağlanış mərsimi və mükafatların təqdimat mərasimi yerli vaxtla saat 18-21-də İranın İrşad və Mədəniyyət nazirinin iştirakı ilə keçiriləcək.728785
captcha