İQNA Quran agentliyininin məlumatına əsasən, İranın Londondakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən təqdimat mərasimində mərkəzin rəhbəri Əli Məhəmməd Helmi çıxış edəcək.
Daha sonra Qohəri Quranın tərcüməsi haqda, qarşılaşdığı problemlər və təcrübələri haqda danışacaq.
Mərasimdə London universitetinin professoru Əbdül-Həlim çıxış edəcək. Təqdimat mərasimi çərçivəsində Qohərinin tərcümə etdiyi Quranın sərgisi təşkil olunacaq və maraqlananlara tərcüməçinin imzası ilə Quranlar hədiyyə olunacaq.
Məhəmməd Cavad Qohəri İmam Sadiq (ə) Universitetinin İlahiyyat fakültəsini bitirib. Daha sonra Doktorluk diplomunu almaq üçün Oxford universitetində təhsilini davam etdirib. Qohəri bir çox kitabların tərcüməçisidir. 729253