IQNA

19:58 - January 23, 2011
Xəbər sayı: 2069475

Pakistanda İslami ticarət və iqtisad mövzusunda beynəlxalq konfrans keçiriləcək

Beynəlxalq şöbə: Pakistanın İslam Abad şəhərində Milli bankçılıq və iqtisad müəssisəsində (NIBAF) fevralın 7-8-də İslami ticarət və iqtisad mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İQNA Quran agentliyinin “icib” saytına istinadən məlumatına əsasən, konfrans İslami İnkişaf Bankı (İDB), İslami Araşdırmalar və Təhsil müəssisəsi (İRTİ), Milli Bankçılıq və İqtisad müəssisəi, Pakistan Milli Bankı və Pakistanın Ali Təhsil Komissiyasının təşəbbüsü ilə dünyada mövcud islami ticarət və iqtisadın vəziyyətinin araşdırılması və onun dünya iqtisadiyyatına inteqrasiyası məsələsinin müzakirə olunması məqsədi ilə keçiriləcək.
Islami iqtisadın dünyadakı iqtisadi böhranın həllində rolu, İslami iqtisadın qarşısındakı problemlər, İslami iqtisad sistemində pul istehsalı və kredit verilmə qaydalaır və bu kimi məsələlər müzakirə olunacaq. Beynəlxalq konfrans çərçivəsində “İslami ticarət qaydaları” və “İslami sığorta” mövzusu ilə peşə məşğələsi təşkil olunacaq və ekspertlər həmin məşğələdə çıxışlar edəcək.
Dünyanın müxtəlif ölkələrindən İslami banklar, maliyyə müəssisələri, sığorta şirkətləri, iqtisad universitetləri və digər iqtisadi qrumlar öz məhsul və xidmət növlərini sərgiləmək imkanı qazanacaq. 735237
captcha