İQNA Quran agentliyinin “religioninsociety” saytına istinadən məlumatına əsasən, konfransda dini fondlar, dini icmalar, dini oxşarlıqlar və ixtilaflar, dini siyasətlər mövzuları müzakirə olunacaq.
Dini fondlar mövzusunda dini dəyərlər, müqəddəs mənbələr, dini fəlsəfə, ağıl və din, məzhəblə bağlı ənənəvi və modern baxışlar, elm və məzhəb, qanun və məzhəb kimi məsələlər araşdırılacaq.
Dini hökumət, dini təhsil və islami araşdırmalar, dini məktəblər, KİV və dini mesajlar, incəsənət və dini memarlıq və dini rəhbərlik kimi məsələlər də dini icmalar mövzusu adı ilə araşdırırlacaq.
Dini oxşarlıqlar və ixtilaflar mövzusunda dinlərarası dialoq, dini müxtəliflik və tolerantlıq, müqəddəs kitablar, dini müxtəlifliliyin idarəedilməsi , müxtəlif dinlərin tanınması kimi məsələlər araşdırılıacaq. Həmçinin konfransda din və təhlükəsizlik, dünyəvi əxlaq və din, insan haqları, din və dini azlıqların gələcəyi və bu kimi məsələlər də araşdırılacaq.
Maraqlananlar fevral ayının 11-ə kimi support@commongroundpublishing.com e-mail ünvanına öz məqalələrini göndərə bilər və ya https://secure.cgpublisher.com/conferences/201/web/proposals/new_proposal_entry ünvanında öz məqaləsini qeydiyyatdan keçirə bilər.742533