IQNA

21:24 - February 19, 2011
Xəbər sayı: 2083480

Qəzzədə Quran təhsil mərkəzləri müdirlərinin iclası keçirilib

Beynəlxalq şöbə: Qəzzədə Quran təhsil müəssisələrinin müdirlərinin iclası keçirilib. İclas Qəzzənin “Əl-Darul Qetni” məscidində təşkil olunub.

İQNA Quran agentliyinin “panet.co.il” saytına istinadən məlumatına əsasən, Qəzzə Quran və Sünnət mərkəzinin şərq regionu üzrə müdiri Rəcəb Ömər Əcuz iclasda çıxış edərək Quran təhsil mərkəzlərinin səmavi kitaba göstərdikləri diqqətə görə təşəkkür etdi.
İclasda çıxış edən Quran və Sünnət Mərkəzinin digər rəsmisi Yasir Həsunə mərkəzin fəaliyyəti və tələbələrlə əlaqələr qurmasından danışıb. O çıxışın davamında Quran əzbər oxuma mədəniyyətinin tələbələr arasında genişləndirilmənin zəruriliyindən danışıb. 750333
captcha