IQNA

21:45 - February 19, 2011
Xəbər sayı: 2083493

Zimbavedə “İmam Xumeyni (r) baxışında İslami vəhdət” mövzusunda konfrans keçirilib

Siyasi və ictimai şöbə: Zimbave paytaxtı Hərarə şəhərinin “Hayfild” məscidində fevralın 19-da “İmam Xumeyni (r) baxışında İslami vəhdət” mövzusunda konfrans keçirilib.

İQNA Quran agentliyinin İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumatına əsasən, konfransda Zimbavenin imam camaat və imam cümələrindən ibarət 300 nəfər dini şəxsiyyət iştirak edib. Konfransda müsəlmanlar arasında vəhdətin zəruriliyi haqda müzakirələr aparılıb.
Konfransda iştirak edən İranın Zimbavedəki səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Əsədi Müvəhhid çıxış edib və çıxışında İmam Xumeyninin (r) və Ali Rəhbər Ayətullah Xamenenin baxışında müsəlmanların vəhdət və birliyinin zəruriliyi haqda çıxış edib.
Konfrans çərçivəsində Peyğəmbərin (s) viladəti münasibəti ilə dini mahnılar, təvaşih və digər proqramlar da icra olunb. 749792
captcha