İQNA Quran agentliyinin məlumatına əsasən, Tehranda keçirilən 24-cü Beynəlxalq İslami Vəhdət konfransında iştirak edən Bosniya Herzeqovinanın böyük Müftisi Mustafa Səriç deyib ki, həcc mövsümündə müsəlmanlar bir məqsəd üçün bir yerə toplanırlar, onda müsəlmanlar arasında ixtilaf nədədir? Müsəlmanlar arasında ixtilafın kökü məzhbdə və dində deyil bəlkə bu ixtilaflara səbəb siyasi məsələlərdir.
İslami vəhdəti necə yaratmaq mümkündür sualının cavabında O dedi ki, fikrimcə müsəlman xalqlar bir-birləri ilə müttəhiddirlər və onlar arasında ixtilaf yoxdur, amma düşmənçilik və ixtilaf alimlər və siyasətçilər arasındadır və alimlərlə siyasətçilərdir ixtilafları yaradan.
Səriç konfransda iştirak edən alimlərdən və ziyalılara üz tutaraq dedi ki, münafiqlər və hakimlərin əlində oyuncaq olmasınlar və İslamın həqiqi dəyərlərinə və təlimlərinə tapınaraq birləşsinlər.
O Misir xalqının inqilabı haqda bildirib ki, bu günlərdə Misir tarixində yeni səhifə açıldı və bizim öhdəmizdir ki, bu xalqı və onların gənclərini dəstəkləyək.
O əlavə edib ki, vəhdət həftəsi və İslam Peyğəmbərinin miladının İran İslam İnqilabının qələbəsinin il dönümü ilə eyni vaxta düşməsi mübarək bir hadisədir və mən İran alimləri, siyasətçiləri və ziyalılarına müsəlmanlara və İslama verdikləri dəstəyə görə təşəkkür edirəm.
24-cü Beynəlxalq İslami Vəhdət konfransı fevralın 19-da Tehranda öz işinə başlayıb. Konfrans fevralın 21-dək davam edəcək. Konfransda məzhəblərarası yaxınlaşmanı yaratmaq üçün hansı yollardan istifadə etmək olar kimi məsələlər müzakirə olunur. 750634