IQNA

“Əhlül-Quran” peyk televiziyası rəsmi fəaliyyətə başlayacaq

21:31 - February 26, 2011
Xəbər sayı: 2086725
Beynəlxalq şöbə: Quran əzbərləməsi üzrə beynəlxalq Birliyin “Əhlül-Quran” peyk televiziya kanalı yaxın gələcəkdə rəsmi fəaliyyətə başlayacaq.. Bunu kanalın rəhbəri Nəbil bin Əbdül-Əziz Əl-Himad deyib.
İQNA Quran agentliyinin “Nəsic” saytına istinadən məlumatına əsasən, Əl-Himad deyib ki, kanalın rəsmi açılış mərasimində Səudiyyə Ərəbistanın Mədəniyyət naziri Əbdül-Əziz Xucə və Beynəlxalq İslam Birliyinin baş katibi Abdullah bin Əbdül-Möhsin iştirak edəcək.
O əlavə edib ki, peyk kanalının sınaq yayımı Ramazan ayından başlayıb. Televiziya kanalı Quran müsabiqələrini yayımlayır, Səudiyyə Ərəbistanda və digər ölkələrdə Quranla bağlı proqromların yayımını həyata keçirir. Televiziyada Quranın tilavətinin öyrənilməsi sahəsində müxtəlif proqramlar həyata keçirilir. 753623
captcha