İQNA Quran agentliyinin məlumatına əsasən, Ayətullah təsxiri dəfn mərasimdə iştirak etməklə İran xalqının və rəhbərliyinin Türkiyə rəhbərlərinə təsliyətini çatdırıb.
Qeyd edək ki, artıq xarici ölkələrdən dəfn mərasimində iştirak etmək üçün xeyli sayda insan İstanbul şəhərinə gəlib. O cümlədən Müsəlman Qardaşları təşkilatının baş katibi Məhəmməd Mehdi Akif və Fələstin Müqavimət hərəkatının rəhbəri Xalid Məşəl də iştirak ediblər.
Nəcməddin Ərbakan fevralın 27-də Ankarada müalicə olunduğu xəstəxanada 85 yaşında vəfat edib. Ərbakan 1970-ci ildə Türkiyədə ilk İslami partiyanı təsis etdi və siyasi fəaliyyətlərinə başladı. 756453