IQNA

21:31 - March 03, 2011
Xəbər sayı: 2089756

Iran Islam Inqilabı regionda baş verən İslami oyanış üçün nümunədir – Böyük Rəhbər

Siyasi şöbə: Həzrət Ayətullah Xamenei martın 3-də ölkənin Təhlükəsizlik Nazirliyində olub və bu qurumun təşkil etdiyi sərgiyə baxış keçirib. Görüşdə Ayətullah Xamenei regionda baş verən islami oyanışın İran İslam İnqilabından ilham aldığını və İran xalqının dözümlülüyünün nəticəsində baş verdiyini deyib.

İQNA Quran agentliyinin Böyük Rəhbərin ofisinin rəsmi saytına istinadən məlumat verir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei bildirib ki, hegemonlar onların başında duran ABŞ çox yaxşı bilir ki, regionda baş verən xalq hərəkatı İran İslam İnqilabından nümunə götürüblər.
Ayətullah Xamenei Təhlükəsizlik Nazirliyinə gələrkən ilk öncə üç adsız şəhidin qəbrini ziyarət edib və onların ruhuna fatihə oxuyub. Sonra Nazirliyinin təşkil etdiyi nailiyyətlər sərgisinə baxış keçirib və onların gördüyü işlər və nailiyyətləri ilə yaxından tanış olub.

Görüşün əvvəlində İranın təhlükəszilik naziri Heydər Müslehi nazirliyin son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb və mömin və gənc kadrların İnqilabçı və təcrübəli qüvvələrin yanında çalışmasının nəticəsində əldə olunduğunu deyib. Müslehi deyib ki, İmam Zaman (əc) adsız əsgərləri (MTN əsgərləri) hazırda çox böyük potensiala malikdirlər.
Daha sonra nazirlik işçiləri günorta və əsr namazını həzrət Ayətullah Xameneiyə iqtida edərək qıldılar.757297
captcha