IQNA

17:31 - March 08, 2011
Xəbər sayı: 2092702

İraqın Nəcəf şəhərinin “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə bağlı beynəlxalq konfrans keçirilib

Beynəlxalq şöbə: İraqın Nəcəf şəhərinin 2012-ci ildə “ İslam Mədəniyyətinin Paytaxtı " elan olunması ilə bağlı beynəlxalq konfrans keçirilib. Martın 7-də Nəcəf şəhərində başlayan konfransda Müsəlman ölkələrindən və Avropadan alimlər və ziyalılar iştirak edirlər.

İQNA Quran agentliyinin “Əl-Kövsər” xəbər saytına istinadən məlumatına əsasən, konfransın təşkilatçı komitəsinin üzvi Səlah Əl-Übeydi bildirib ki, konfransda dünyanın 18 ölkəsindən 76 araşdırmaçı və alim iştirak edir.
Əl-Übeydi deyib ki, konfrans üç gün davam edəcək və konfrans iştirakçıları Nəcəf və Kufə şəhərinin tarixi və dini yerlərinə baxış keçirəcəklər və müzakirələr aparacaqlar.
Qeyd edək ki, 2008-ci ildə Bakıda keçirilən İKT-nin mədəniyyət nazirlərinin toplantısında Nəcəf şəhəri 2012-ci ildə İslam Mədəniyyəti paytaxtı elan olunub. 760135
captcha