IQNA

18:10 - March 08, 2011
Xəbər sayı: 2092716

Taylandın Şeyülislamı hökumətlə məktəblərdəki hicab problemini müzakirə edəcək

Siyasi və İctimai şöbə: Taylandın Şeyülislamı bu ölkədə bəzi məktəblərdə hicablı qızların dərsə buraxılmaması məsələsini hökumət rəsmiləri ilə müzakirə edəcəyini deyib. O deyib ki, bu məsələ Müsəlmanlar Mərkəzi Komitəsinin gündəliyindədir və əsas proqramını təşkil edir.

İQNA Quran agentliyinin məlumatına əsasən, Taylandın Şeyülislamı deyib ki, ölkənin baş naziri və təhsi naziri ilə hicablı qızların bəzi məktəblərə buraxılmaması məsələsini müzakirə edəcəyini deyib.
O bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmamasını ədalətsizlik adlandırıb.
Qeyd edək ki, Taylanda bəzi məktəblərində hicablı şagirdlərin dərsə buraxılmasının qarşısı alınıb və bu məsələ müsəlmanların etirazına səbəb olub. Martın 7-də də Bankokda Nong Chok məktəbi 17 hicablı şagirdin dərsə girməsini qadağan edib. 759841
captcha