IQNA

Hizbullah Bəhreyndə etirazçıların sıxışdırılmasını tənqid edib

21:54 - March 14, 2011
Xəbər sayı: 2095890
Siyasi və ictimai şöbə: Livan İslami Müqavimət hərəkatı (Hizbullah) bəyanat yayaraq Bəhreyndə etirazçıların hökumət tərəfindən sıxışdırılmasını pisləyib.
İQNA Quran agentliyinin “tayyar” saytına istinadən məlumatına əsasən, Hizbullah ABŞ müdafiə naziri Robert Geytsin Manamaya səfərindən sonra bu ölkədə öz siyasi hüquqlarını tələb edən dinc etirazçılara qarşı güc tətbiq olunmasını pisləyib.
Bəyanatda bildirilir ki, Hizbullah bu qanunsuz əməli tənqid edir və onu söz azadlığı və insan haqlarına zidd hesab edir. Onların bu hüquqları beynəlxalq qanunlarda onlar üçün zəmanət verilib. Dinc xalqa qarşı güc tətbiq etmək Bəhreynin gələcəyi xeyrinə deyil və bu ölkədə sabitliyin pozulmasına mənfi təsir göstərir. 763503
captcha