IQNA

22:48 - March 16, 2011
Xəbər sayı: 2097161

Şeyx Qərzavinin Yəməndə etirazçıların qətliamı ilə bağlı müsəlman ölkələrinə xəbərdarlığı

Beynəlxalq şöbə: Dünya Müsəlman Alimlər Birliyinin (DMAB) sədri şeyx Yusif əl-Qərzavi Yəməndə etirazçıların qətliamını tənqid edib və bu ölkənin xalqının istəklərinin doğru olduğunu və DMAB-nin etirazçıları dəstəklədiyini deyib.

İQNA Quran agentliyinin “Əl-Kövsər” saytına istinadən məlumatına əsasən, DMAB-nin sədri Qərzavi müsəlman ölkələrə Yəməndə etirazçıların qətliamı ilə bağlı xəbərdarlıq edib.
Qərzavi Yəməndəki hadisələri, etirazçıların qətliamını pisləyib və bu ölkənin vəziyyəti ilə bağlı öz narahatçılığını dilə gətirib.
Qeyd edək ki, Yəmən hərbi qüvvələri ötən günlərdə Səna şəhərində Təğyir meydanında toplaşmış mitinq iştirakçılarına hücum edib və atəş açıb, hadisə zamanı onlarla insan həlak olub 1000 nəfərdən çox insan isə yaralanıb.
captcha