İQNA Quran agentliyinin İsfahan şöbəsinin məlumatına əsasən, İsfahan dini mərkəzin rəhbəri Ayətullah Hüseyn Məzahiri bu şəhərin Həkim məscidində çıxışında deyib ki, Novruz bayramı haqda İmam Sadiq (ə) bəzi əməllərin bu gün edilməsinə sifariş edib və bu gün fəzilətli bir gündür.
O əlavə edib ki, İslam dini xalqların adət-ənələrini xorafat və ya İslami təlimlərə zidd olmazsa qəbul edir və Novruz bayramı da bu adət-ənələrdən biridir ki, yaxın qohumlara baş çəkmək (sileyi rəhem), təmizlik və paklıq bu bayram ənələrində mövcuddur.
Ayətullah Məzahiri deyib ki, gediş gəlişlərdə və bayram şənliklərində günah olunarsa novruz bayramı və yeni il mübarək olmayacaq bu baxımdan get-gəllərdə, qeybət , töhmət və şaiyə yaymaq və təhqir etməkdən çəkinmək lazımdır.
Ayətullah Məzahiri deyib ki, İslam dininə əsasən xalqın hamısı rifah şəraitində yaşamalıdır. “İslam çətinliklər içində və kasıbçılıqla yaşayış sürməyi qəbul etmir və hamı çalışmalıdır özü və ailəsi üçün rifah şəraiti yaratsın. Əgər özü edə bilmirsə İslami dövlət təmin etməlidir, əgər dövlət edə edə bilmirsə bütün xalqın borcudur ki, həmin şəxsə yardım edib onun üçün rifah şərait yaratsın”. –deyə Ayətullah Məzahiri deyib.
Ayətullah Məzahiri həmçinin bildirib ki, İslam dini dəbdəbəli yaşayışı pisləyir və təssüflər olsun ki, novruz bayramı günləri dəbdəbələr daha tez büruzə verilir. Bayram günlərində israfdan və dəbdəbədən çəkinmək lazımdır və bayram şənliklərini sadə formada qeyd etmək lazımdır.765890