İQNA Quran agentliyinin “Saphirnews” saytına istinadən məlumatına əsasən, kurslar Paris şəhəri “Melia” hötelinin Pikaso konfrans salonunda təşkil olunacaq.
Kurs Mühasibat uçotu və İslam maliyyə institutlarının Audit Təşkilatı (AAOIFI) tərəfindən təşkil olunacaq. Kurslarda iştirak edənlər İslam şəriəti standartları ilə tanış olurlar və ticari müamilələrdə İslam şəriət standartlarını tətbiq edə biləcəklər.
Kurslarda İslam şəriətinin maliyyə mübadilələrində icra olunan göstərişləri öyrədilir. Kursların keçirilməsinə Malazya Beynəlxalq Universitetinin İslami iqtisad və ticarət üzrə doctor, Bəhreyn maliyyə və bankçılıq müəssisəsinin (BIBF) professoru Əhməd Əsəd rəhbərlik edəcək.
Kurslar may ayının 9-dan başlayacaq. 763914