IQNA

22:17 - March 30, 2011
Xəbər sayı: 2099219

BƏƏ-də Quran hafizləri üçün xüsusi tədris kursları təşkil olunub

Beynəlxalq şöbə: Birləşmiş Ərəb Əmirliklərinin İslami İşlər və Vəqflər üzrə baş idarəsi ötən gün Əbu-Dabidə “Məhəmməd bin Zayid” məscidində Quran hafizləri üçün xüsusi tədris kursları təşkil olunub.

İQNA Quran agentliyi “Əl-İttihad” qəzetinə istinadən məlumat verir ki, tədris kursunda Əbu-Dabinin dini və elmi müəssisələrindən 60 Quran hafizi iştirak edib. Kurslar Quran hafizlərinin elmi və əməli bacarıqlarının səviyyəsini artırmaq məqsədi ilə təşkil olunub.
“Quran hafizlərinin cəmiyyətdə yerinə yetirilməli məsuliyyətləri və öhdəlikləri var. Quran hafizi öz bacarıqlarının səviyyəsini artırmaqla cəmiyyətə nümunə olmalıdır”, -deyə BƏƏ İslami İşlər və Vəqflər üzrə baş idarənin müdiri Talib Əl-Şəhi deyib.767238
captcha