İQNA Quran agentliyinin Hindistan şöbəsinin məlumatına əsasən, Seyyid Kəlb Cavad Nəqəvi Dehli şəhərində Hindistan KİV-lərinə müsahibəsində deyib ki, dünya müsəlmanları bəzi ərəb ölkələrində o cümlədən Bəhreyn, Yəmən və Liviyada öz müsəlman qardaşlarına qarşı olan zülmlərin qarşısında sükut etməməlidir. Onlar dünyanın hər bir yerində həmin ölkə xalqlarına dəstək mitinqləri təşkil etməlidir.
O əlavə edib ki, ABŞ və İsrail müsəlmanlara qarşı məkirli planlar hazırlayıblar, belə şəraitdə İslam ölkələri başçıları öz xalqlarını dəstəkləməlidir, öz xalqının qanını tökməməlidir.767149