IQNA

18:17 - April 03, 2011
Xəbər sayı: 2099915

Misirlilər “Əl-Əzhər” şeyxinin işdən çıxarılmasını tələb edir

Beynəlxalq şöbə: Əl-Əzhər Universitetinin Ali Şurasının üzvləri Misirin “Əl-Təhrir” meydanında mitinq keçirib. Onlar Əl-Əzhərin şeyxi Əhməd Əl-Təyyibin və sabiq hökumətlə bağlılığı olan bütün şəxslərin tutduqları vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.

İQNA Quran agentliyinin “Nəsic” saytına istinadən məlumatına əsasən, mitinq iştirakçıları Əl-Əzhər şeyxi Əl-Təyyibi vəzifəsindən suistifadə etməkdə ittiham ediblər. Onlar Əl-Təyyib və onun əlaltılarının Misir xalqı və inqilabçılarına qarşı hərəkətlər etməkdə ittiham ediblər və rəsmi şikayət edərək Əl-Əzhər universitetində sabiq hökumətə bağlılığı olan şəxslərin işdən uzaqlaşdırılmasını tələb ediblər.
Qeyd edək ki, Əhməd Əl-Təyyib Əl-Əzhərin sabiq şeyxi Məhəmməd Seyyid Əl-Təntavidən sonra “Əl-Əzhərin şeyxi” statusunu əldə etdi. O şeyx seçilməmişdən öncə Mübarək rejiminin partiyası “Milli Partiya”nın üzvi olub. Son günlərdə əhali Əl-Təyyibin Mübarək rejiminə bağlı olduğunu və vəzifən uzaqlaşdırılmasını tələb edirlər.
Əl-Təyyibin tərəfdarları da ona dəstək mitinqi düzənləyərək onu dəstəkləyiblər. 767999
captcha