İQNA Quran agentliyinin məlumatına əsasən, İran İslam Respublikasının Ekspertlər Şurası bəyanat yayaraq regionda hegemon dövlətlərin dəstəyi ilə baş verən cinayətlərə münasibət bildirib.
Bəyanatda bildirilir ki, bu gün elə gündür ki, islam ölkələrində “Ey Müsəlmanlar” çağırışlarını eşidən və cavab verməyən hər bir kəs özünü İslam və İman əhli saya bilməz. Bu gün elə gündür ki, Afriqanın Şimalında çox ağrılı və acılı hadisələr baş verir. Xüsusi ilə Bəhreyndə, Yəməndə, Liviyada baş verən hadisələr İslam dünyası üçün acıdır. Müsəlmanların İslam və İslam ölkələrini müdafiə hüquqları yoxdurmu? Alimlərin cinayətlər qarşısında susması dindarlıqdımı?
Bu gün elə gündür ki, hər kəs Bəhreyn, Liviya, Misir , Yəmən və Fələstindaə “هل من ناصر ينصرنی” (mənə kömək edəcək kimsə yoxdurmu?) fəryadlarını eşitmirsə özünü müsəlman saymamalıdır. Bu gün dünyada özünü azadlıqsevər adlandıran hər bir şəxsin imtahan günüdür. Dünyanın hansı qanunlarında bir ölkənin məzlum xalqını əcnəbi hərbiçilər vasitəsi ilə qətliam edilməsi rəsmiləşdirilib?
İran İslam Respublikasının Ekspertlər Şurası digər İslam alimləri və dini mərkəzlərlə birlikdə Bəyanatda həmçinin bildirilir ki, İslam ölkələrində müsəlmanların ədalətli istəkləri naminə zalım hökumətlərinə qarşı qiyalarını xüsusi ilə məzlum Bəhreyn xalqının qiyamını dəstəkləyir və onların qətiamını pisləyir. Siyasətçilərin, nəzər sahiblərinin və təsiredici qüvvəsi olan hər bir şəxsin bu hadisələrin qarşısında susmasını haram bilirik. Beynəlxalq təşkilatlardan həmin ölkələrdə bu kimi hərəkətlərin qarşısını almaqda ciddi addımlar atmağa səsləyirik. 770524
.