IQNA

ABŞ-da müxtəlif din mənusbları Qurana hörmətsizliyə qarşı etiraz aksiyası keçirib

23:19 - April 22, 2011
Xəbər sayı: 2109923
Beynəlxalq şöbə: Amerikada yaşayan müxtəlif din mənsubları müsəlmanlarla həmrəylik nümayiş etdirərək ötən gün ABŞ-ın Dearborn İslami Mərkəzinin qarşısında etiraz mitinqi keçirib. Mitinq iştirakçıları Amrikalı keşişin Qurana hötmətsizliyni pisləyiblər.
İQNA Quran agentliyinin “onislam” saytına əsasən, etiraz mitinqində müxtəlif dini icmaların üzvlərindən 700 nəfər, Dearborn şəhər icra başçısı və bir qrup digər dinlərin ruhaniləri iştirak ediblər.
Qeyd edək ki, Qurana hörmətsizlik edən Amerikalı keşiş Teri Conz elan etmişdi ki, aprelin 21-də Dearborn şəhər mərkəzi məscidinin qarşısında İslam və şəriətə qarşı çıxış edəcək. Mitinq iştirakçıları həmin keşişə etiraz etmək məqsədi ilə bu mitinqi təşkil ediblər.
Xatırladaq ki, aprelin 22-də də Dearborn şəhər Mədəniyyət Mərkəzinin qarşısında da Qurana hörmətsizlik edən keşişə qarşı etiraz mitinqi təşkil olunub. 778667
captcha