Uruc-e Əndişə Proqram Təminatı müəssisəsinin direktoru Abbas Müstovfi İQNA Quran agnetliyinə müsahibəsində bildirib ki, Quran əzbərləmək üçün proqramı Quran hafizləri və Quranı əzbərləmək istəyən şəxslərə köməkçi vasitə kimi istehsal etmişik.
O əlavə edib ki, bu proqram müxtəlif üstünlüklər və bölmələrə bölünüb, lakin iki əsas hissə mövcuddur. “Quran ayələrini və ayələrin məfhumunu əzbərləmək üçün olan bölmələr. Burada ayələr və onların məfhumu o qədər təkrar oxunur ki, Quranı əzbərləmək istəyən şəxsin yaddaaşında qalır”, -deyə Müstovfi deyib.
O deyib ki, proqram Quran əzbərləmək istəyənlərə ibtidai mərhələdən Quranın üzdən oxumaq, təcvid, qiraət , düzgün oxumağı öyrədir. 780733