IQNA

Hindistanda həzrət Fatimə (s) şəhadəti münasibəti ilə əzadarlıq məclisləri təşkil olunacaq

23:26 - May 04, 2011
Xəbər sayı: 2117588
Siyasi və ictimai şöbə: Mayın 6-8-də Hindistanın Lekhno şəhəri Gənc qəsəbəsində yerləşən Sibtəynabad hüseyniyyəsində Həzrət Fatimə (s) şəhadəti münasibəti ilə Həzrət Fatimə (s) şəhadəti münasibəti ilə əzadarlıq məclisləri təşkil olunacaq.
İQNA Quran agentliyinin məlumatına əsasən, Hindistanın Lekhno şəhərinin Vəlfəcr müəssisəsinin katibi Seyyid Azim Hüseyin Zeydi bildirib ki, əzadarlıq məclisləri bu ildən Sibtəynabad hüseyniyyəsində keçiriləcək.
Mərasim üç gün müddətinə məğrib və işa namazından sonra İranın Ali Liderinin Hindistanda olan ofisinin təşəbbüsü ilə keçiriləcək.
Mərasimin ilk iki günü Nazimiyyə universitetinin professoru höccətül-islam seyyid Həmid-ul Həsən Zəim və əzadarlığın üçüncü günü isə Lekhno şəhərinin imam cüməsi Seyyid Kəlb Cavad Nəqəvi o həzrətin əxlaqi fəzilətləri və həyatı haqda çıxış edəcəklər.
Qeyd edək ki, əzadarlıq məclisində Ali Rəhbərin Hindistandakı nümayəndəsi Höccətül-islam Məhdəvipur da iştirak edəcək. 786287
captcha