İQNA Quran agentliyi “Əl-İntiqad” qəzetinə istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanın İnqilabçı Gənclər Birliyi cümə gününü “doğru olan hüquqların tələbi” günü kimi adlandırıb və əhalini həmin mitinqdə aktiv iştiraka çağırıb.
Mitinq cümə günü cümə namazından sonra Bəhreyn xalqı ilə həmrəylik nümayiş etdirmək və bu ölkəyə Ali Səud rejimin əsgərlərinin müdaxiləsini pisləmək məqsədi ilə keçirilib.
Qeyd edək ki, cümə axşamı da Səudiyyə Ərəbistanın Qətif əyalətində yüzlərlə insan Bəhreyn xalqına dəstək mitinqi keçirib. Mitinq iştirakçıları işğalçı Ali Səud rejimin əsgərlərinin Bəhreyni tez tərk etməsini tələb ediblər.
Səudiyyə Ərəbistan hər bir toplantı və mitinqi qadağan edib, lakin buna baxmayaraq son aylarda həmin qadağalara baxmayaraq Səudiyyə Ərəbistanın müxtəlif şəhərlərində mitinqlər təşkil olunur.787361