İQNA Quran agentliyinin “Islam Today” saytına istinadən məlumatına əsasən, İslami Mərkəz 27 000 kvadrat metr ərazidə tikilir. Bu İslami mərkəzin tikintisi Albaniyada dinlərarası dözümlülük simvolu kimi tanınacaq.
Mərkəzin tərkibində tikiləcək məsciddə eyni zamanda 1000 nəfər namaz qıla biləcək. Məscidin layihələşdirilməsi elə aparılıb ki, gün ərzində məscidin işıqlandırılması üçün yalnız günəş işığı kifayət edəcək.
Tikiləcək mərkəzin həyətyanı sahəsində Quranda adları çəkilmiş bitgilərdən ibarət böyük bir bağ da salınacaq. Həmin bağa “Quran bağı” adı veriləcək.
Tiranada şəhərində Pravoslav və Katolik xiristanlar və müsəlmanlar yaşayır. 787753