İQNA Quran agentliyinin “vousnousils” saytına istinadən məlumat verir ki, Parisin yaxınlığında yerləşən Val-de-Marne şəhərinin yüzlərlə müsəlman sakini ötən günki mitinqdə “müqvimət, müqavimət”, “ayrı seçkiliyə son” kimi şüarlar səsləndirərək İFESİ-nin səbəbsiz bağlanılmasına etiraz ediblər.
Val-de-Marne şəhər icra başçılığının qarşısında toplaşan mitinq iştirakçıları Fransa hökumətindən tələb ediblər ki, müsəlman sakinlərin hüquqlarına hörmətlə yanaşsınlar.
Qeyd edək ki, İFESİ İslami müəssisə “etimadsızlıq atmasferası yaratmaq və işlərində şəffafiyyətsizlik” bəhanəsi ilə cari ilin əvvəlindən bağlanıb. İFESİ-də 300 yaxın müsəlman tələbə dini elmlərlə məşğul olurdı. 791763