İQNA Quran agentliyinin “sesric” saytına istinadən məlumatına əsasən, İKT İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin iyirmi yeddinci iclasına (COMCEC) Türkiyə prezidenti Abdulla Gül sədrlik edəcək.
İclasda İKT-yə üzv ölkələrin iqtisadi inkişaf nazirləri,bəzi beynəlxalq təşkilatlar və üzv ölkələrin maliyyə müəssisələrindən nümayəndələr itşirak edəcək.
Iclasda İKT üzv ölkələr arasında ticari əlaqələrin inkişafı, müsəlmanlar arasında yoxsulluğun aradan qaldırılması, yük daşımaların sadələşdirilməsi və digər məsələlər müzakirə olunacaq.
İslam Konfransı Təşkilatının (İKT) iqtisadi əməkdaşlıq üzrə daimi komitəsinin iyirmi altıncı iclası da ötən ilin oktyabr ayında İstanbulda keçirilmişdi. Ötən ilki iclasın sonunda 8 maddəlik qətnamə qəbul olundu ki, onlardan biri də “İKT-nin halal ərzaq məhsulları standardının” tətbiq olunması idi.
COMCEC 1981-ci ildə təşkil olunub. 792674