İQNA Quran agentliyinin “ƏL-vəfəd” saytına istinadən məlumat verir ki, Amsterdam şəhər məhkəməsi ötən gün Wildersin məhkəməsinin davam etdirilməsinə qərar verib. O müsəlmanlara qarşı zorakılığa çağıran çağırışlar etməkdə ittiham edilir.
Hollandiyanın Amsterdam şəhər məhkəməsinin sədri Marsil Fan İston Wildersin vəkili Bram Moszkowiczin məhkəməyə qarşı irəli sürdüyü iddia ərizəsini təmin etməyib. Vəkil öz iddia ərizəsində məhkəmənin ədalətli keçirilmədiyini irəli sürmüşdü. Məhkəmə prokrorluğun və məhkəməninin düzgün aparıldığını və ədalətsiz olmadığını bildiirb və məhkəmənin davam etdirilməsinə qərar verib.
Məlumata əsasən, ötən məhkəmədə Wilders bir il həbs və ya 7600 avro cərimə cəzasına məhkum edildi. Prokurorlar Geert Wildersə qarşı 5 hal üzrə ittiham irəli sürüblər: İslamı faşizm, terror dini adlandırması, mühacirlərə qarşı ayrıseçkilik, Quranı təhqir etmək və başqa dinə qarşı zorakılığa təhrik etmək.
Geert Wilders 2006-cı ilin Oktyabrında və 2008-ci ilin Martında Hollandiya qəzetlərinə verdiyi müsahibələrdə İslamı “Allah və Məhəmmədin xəstə ideologiyası” adlandırıb, Quranı isə “başqa dinləri yox etməyi qarşısına məqsəd qoyanların “Mayn kampfı” adlandırıb. Hitlerin əsəri olan “May kampf” (Mənim mübarizəm) kitabıyla eyniləşdirib. Onun bu çıxışları dünyanın müxtəlif ölkələrində müsəlmanların etirazına səbəb olub.
Wilders “Fitnə 2” filimini çəkməyə hazırlaşır
Geert Wildersin 2008-ci ildə çəkdiyi 17 dəqiqəlik “Fitnə” filmi böyük etirazlar doğurmuş və bütün dünyada müsəlmanların hiddətinə səbəb olmuşdu. Onun məhkəməsinin getdiyi bir vaxtda Hollandiya məclisinin ifratçı üzvi İslam Peyğəmbəri (s) təhqir edən “Vəhşi yaşayış” adılı daha bir fitnə filmini çəkəcəyini deyib. O öz twiter səhifəsində yeni filmi Fitnə filminin ikinci hissəsi olduğunu deyib. 797601