IQNA

Avstraliyada halal məhsulların istehsalına sərmayələr artırılmalıdır

22:51 - May 24, 2011
Xəbər sayı: 2127950
Beynəlxalq şöbə: Avstraliya Müsəlmanları Federasiyasının (AMF) rəhbərləri bu ölkədə halal məhsulların istehsalı sahəsinə sərmayələrin artırılması və müsəlmanların bu məhsulları əldə etməsi üçün şəraitin yaxşılaşdırılması zəruriliyini vurğulayıblar.

İQNA Quran agentliyinin “herald sun” saytına istinadən məlumatına əsasən, Avstraliya Müsəlmanları Federasiyasının rəhbərlərindən olan Heba İbrahim bildirib ki, halal məhsulların istehsalı sahəsində sərmayələrin yatırılmasının artırılması Avstraliyada yaşayan müsəlmanların halal məhsullar əldə etməsini asanlaşdıracaq.
AMF yayımladığı bəyanatda Avstraliya dövlətindən həmçinin müsəlmanların istifadə etməsi üçün lazimi şəraitin yaradılmasını məscid və islami məktəblərin tikilməsini tələb edib.
İbrahim deyib ki, Avstraliya dövləti təssüflər olsun ki, islami məktəblərin tikilməsin üçün heç bir addım atmayıb və indiyədək müsəlmanlar üçün halal məhsulların əldə olunması yollarının asanlaşdırılması istiqamətində işlər görməyib. O əlavə edib ki, hökumətin bu siyasəti davam edərsə gələcəkdə bu ölkədə yaşayan müsəlmanları böyük problemlər gözləyir.
İbrahim deyib ki, Avstraliya dövləti özünü demokratik ölkə adlandırır və bütün vətəndaşların və azlıqların hüquqlarını qoruduğunu iddia edir , lakin əməldə bu məsələ görsənmir.797489
captcha