IQNA

Qazağıstanın Astana şəhərində yeni məscidin açılış məraismi keçirilib

23:17 - May 24, 2011
Xəbər sayı: 2127960
Siyasi və ictimai şöbə: Qazağıstanın paytaxtı Astanada “Şeyx Kunta Hoja” məscidinin açılış mərasimi keçirilib.


İQNA Quran agentliyinin Interfax agentliyinə istinadən məlumat verir ki, Şeyx Kunta Hoja məscidinin axundu Yəhya İslamilov bildirib ki, bu məscid Çeçenistan və İnquşetiyadan olan xeyriyyəçi müsəlmanların yardımı ilə tikilib.
Məsciddə qadınlar və kişilər üçün ayrı-ayrı namaz qılmaq üçün şərait yaradılıb. Xeyriyyəçi şəxslər gəlcəkdə məscidin yanında dini mədrəsənin də tikilməsini layihələşdiriblər.
Qeyd edək ki, Şeyx Kunta Hoja İnquşetiya və Çeçenistan xalqlarının tanınmış simalarındandır və bu xalqlar arasında çox sevilir. 797458
captcha