İQNA Quran agentliyinin “IINA” xəbər agentliyinə istinadən məlumatına əsasən, Sufiya şəhər məscidinin imam camaatı deyib ki, Ataka partiyasının ifratçı və irqçi tərəfdarlarının hücumlarının qarşısını almaq və Bolqarıstan müsəlmanlarının təhlükəsizliyini təmin etmək üçün paytaxt meriyası yeni məscidin tikilməsinə icazə verməlidir.
O əlavə edib ki, hazırda mövcud olan məscid kiçikdir və müsəlmanların namaz qılması üçün şərait yoxdur. Dindarlar məcbur olurlar ki, məscidin ətrafında olan küçələrdə namaz qılır və bu gediş-gəlişə mane olur.
Bolqarıstan Müsəlmanları Təşkilatının sədri Hüseyn Hafizof bildirib ki, Sofiya şəhər meriyası ötən həftə cümə namazının xiyabanda qılınmasına icazə Verdi və namaz adi qaydada təşkil olunub.
O əlavə edib ki, Sofiya məscidində 1200 – 1500 nəfər eyni vaxtda namaz qılır. Onların əksəriyyətini gənclər təşkil edir, lakin məscidin içərisində namaz qılanlar üçün yer olmadığında məscidin ətraf küçələrində də dindarlar namaz qılmaq məcburiyyətində qalır. 800148