İQNA Quran agentliyinin “IIDR” saytına istinadən məlumatına əsasən, dörd günlük simpozium Ramazan ayının 13-14-də və həmçinin 20-21-də təşkil olunacaq.
Simpoziumda iştirak edənlər Quranda istifadə olumuş 1000 kəlmə, dastanlar, mesajlar və Qurandakı dərslərlə tanış olacaqlar.
Simpozium Britaniya Quran Elmləri Akademiyasının təşəbbüsü ilə keçiriləcək. Simpoziumda Quranın İngilis dilinə tərcüməçisi professor Əbdül-Həlim və Oxford Universitetinin İslami araşdırmalar üzrə eksperti Əkrəm Nədəvi iştirak edəcəklər.
Simpozium yerli vaxtla saat 9-18:30 –da təşkil olunacaq. 804268