Siyasi və ictimai şöbə: Qazan şəhəri məscidlərinin imam camaatları Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova məktub yazaraq, bu ölkədə İslami məktəblərin tikilməsinə dövlətin dəstək verməsini tələb ediblər.
İQNA Quran agentliyinin “islam.ru” saytına istinadən məlumatına əsasən, Qazan şəhər məscidlərinin İmam Camaatları toplantı keçirərək prezidentə müraciət ünvanlayıblar.
Qazan şəhərinin Mərcani məscidinin İmam Camaatı “İlfar Hazrat Hasanov bildirib ki, imam camaatların toplantısında həmçinin Rusiya İslami Kitablar sərgisinin təşkili, uşaqlar üçün İslami əyləncə gəzintilərinin təşkili və digər məsələlər müzakirə olunub. 806969