IQNA

Bişkekdə Fars dili və ədəbiyyatı üzrə təlim kursları keçirilir

0:23 - June 15, 2011
Xəbər sayı: 2138403
Mədəniyyət və İncəsənət şöbəsi: İranın Qırğızıstandakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə bu ökənin universitet tələbələri üçün Fars dili və ədəbiyyatı üzrə bilik artımı kursları təşkil olunub.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, təlim kurslarının açılış mərasimində çıxış edən İranın Qırğızıstandakı mədəniyyət müşaviri Məhəmməd Hüseyn Abidini bildirib ki, elm sözü Quranda 60 dəfə işlədilib və hədislərdə və İlahi göstərişlərdə xüsusi ilə İslam Peyğəmbəri (s) bu məsələyə çox diqqət və təkid edib.
O əlavə edib ki, İslam dini elm öyrənmək üçün qadın və kişi arasında heç bir fərq qoymur və hər kəs elm öyrənə bilər.
Abidini əlavə edib ki, artıq ikinci ildir ki, bilik artımı kursları universitet tələbələri üçün təşkil olunur. Təlim kursu üç həftə müddətinə davam edəcək.
Onun sözlərinə görə, təlim kursunu bitirən və seçilən tələbələr avqust ayında İrana ezam olunacaqlar. "5 nəfər İranın mədəniyyət mərkəzinin dəstəyi ilə Universitetdə Fars dili və ədəbiyyatı fakültəsində təhsil alacaq. Həmçinin Ouş Dövlət Universitetində və Çingiz Aytamov adına məktəbdə Fars dili təlim mərkəzi fəaliyyət göstərəcək", -deyə Abidini deyib.
Qeyd edək ki, bilik artırma kurslarında Qırğızıstan Universitetlərində Fars dili və ədəbiyyatı üzrə təhsil alan 50 tələbə iştirak edir. 808534

captcha