İQNA Quran agentliyinin “Zawya” saytına istinadən məlumatına əsasən, kofnransda dünyanın bir çox ölkələrindən İslami təşkilat və müəssisələrdən nümayəndələr iştirak edəcək. Onlar dünyada mövcud olan iqtisadi sistemin İslam şəriəti qaydalarına uyğun iqtisadi sistemeə dəyişməsi istiqamətində problemləri müzakirə edəcəklər.
İslam İqtisadiyyatı üzrə Beynəlxalq Fondun sədri Məbid Əl-Cərhi də konfransa iştirak edəcək. Konfransda həmçinin Omanda İslam iqtisadiyyatı sisteminin fəaliyyətə başlamaıs yolları müzakirə olunacaq.
Qeyd edək ki, Oman padşahı ölkədə İslam şəriətinə uyğun iqtisadi və maliyyə müəssisələri və mərkəzlərinin təsis olunmasına göstəriş verib. 809392