IQNA

22:14 - June 15, 2011
Xəbər sayı: 2139017

Əl-Cəzirənin Quran kanalı “Tacul-Quran” adlı verlişi yayımlayacaq

Beynəlxalq şöbə: Əl-Cəzirənin Quran kanalı Ramazan ayında “Tacul-Quran” adlı xüsusi buraxılışlı verilişi yayımlayacaq.

İQNA Quran agentliyinin “Əl-Xəbər” qəzetinə istinadən məlumatına əsasən, xüsusi buraxılışlı verlişdə Əlcəzairin “Darul-İmam” dini Mərkəzin Quran fəaliyyətləri üzrə proqramları yer alacaq.
“Tacul-Quran” verlişinin istehsalına iyunun 20-də başlanacaq. Verlişdə Əlcəzairin müxtəlif bölgəsindən 50 məktəbli şagird seçilərək iştirak edəcəklər. Onlar Quran qiraəti üzrə bir-birləri ilə yarışacaqlar.
Tacul-Quran verlişində iştirak edən 50 mətkəbli arasından 12 nəfər yüksək nəticə etmiş məktəbli seçiləcək və onlar Ramazan ayında xüsusi təlim mərkəzlərində iştirak edəcək və Quran və dini elmlər üzrə müəllimlər tərəfindən təlim görəcəklər. 809343
captcha