IQNA

Səudiyyə Ərəbistanda ölkənin bütün məscidlərində təmir işləri aparılacaq

22:24 - June 15, 2011
Xəbər sayı: 2139022
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın İslami İşlər və Vəqflər Nazirliyi yaxın gəlcəkdə ölkədə mövcud olan bütün məscidlərdə təmir işləri layihəsinin həyata keçirləcəyini elan edib.
İQNA Quran agentliyinin “Saudi Gazette” qəzetinə istinadən məlumatına əsasən, Səudiyyə Ərəbistanın İslami İşlər və Vəqflər Nazirliyi ölkədə mövcud olan 75 min məscidin yenidən təmiri üçün 500 milyard Səudiyyə riyal vəsait ayırıb.
Məlumata əsasən, nazirlik hazırda məscidlərin yenidən təmir olunması layihəsinin icrası üçün ölkənin bütün əyalətlərində dəyərləndirmə işləri aparır.
Səudiyyə Ərəbistanın İslami İşlər və Vəqflər Nazirliyi həmçinin elan edib kİ, nazirlik 13 Quran əzbərləmə mərkəzi və birliklərinə yardım məqsədi ilə və İslami təbliğat işləri üçün də daha 500 milyard Səudiyyə rialı miqdarında vəsait ayrıldığını bildirib. 809267
captcha