IQNA

23:09 - June 15, 2011
Xəbər sayı: 2139029

Avstriyada İmam Əli (ə) mövlud günü münasibəti ilə bayram şənliyi keçirilib

Beynəlxalq şöbə: Avstriyanın Viyana şəhərində İmam Əli (ə) adına olan İslami Mərkəzdə iyunun 15-də Əmirəlmöminin İmam ƏLi (ə) mövlud günü münasibəti ilə təntənli bayram şənliyi keçirilib.

İQNA Quran agentliyinin Viyanın İmam Əli (ə) adına İslami Mərkəzinin mətbuat xidmətinə istinadən məlumatına əsasən, bayram şənliyi yerli vaxtla saat 20:00-da və Əhli – Beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilib.

Mərasimdə höccətül-islam Hüseyni həzrət Əli (ə) şəxsiyyəti və əxlaqi dəyərləri haqqında çıxış edib. Əhli- Beyt (ə) məddahı Əlişahi də İmam Əli (ə) haqqında mədihələr səsləndirib.
Qeyd edək ki, Viyananın İmam Əli (ə) adına olan İslami Mərkəz müttəqilərin mövlası həzrət Əli (ə) mövlud günü münasibəti ilə Avstriyada yaşayan bütün müsəlmanları təbrik edib və onların mərasimdə iştirak etməyə dəvət edib. 809280
captcha