İranın Quran agentliyinin hesabatına əsasən “lyonmag” xəbər bürosunun məlumatına görə, bu görüşdə Fransa müsəlmanlarının məntəqə şurasının yeni siyasətləri ilə bağlı məsələləri, bu şuranın məscidlərin və islam abidələrinin idarəsi üçün proqramları və eləcə də vilayət rəhbəri Run-Alpın müsəlman və qeyri-müsəlmanlar arasındakı əlaqələrin yaxşılaşdırılmasında olan təklifləri araşdırıldı.
Fransua Karenku bu görüşdə bildirdi: Dinlərlə bağlı olan məsələlər gələn aylarda Fransanın “din azadlığı” şurasının ilkin iclasında müzakirə olunacaq.
Həmçinin Fransanın müsəlman icmasının rəisinin xahişi ilə qərara alındı ki, müsəlmanlara xas qəbiristanlıqlar və elmi, ali mərkəzlərdə cəmiyyətin təlimi, yeni məscidlərin tikintisi haqqında müşavirələr aparmaq üçün bir iclas keçirilsin.
Bin İsa bu görüşdə ümid edir ki, bütün müsəlmanların və məscidlərin İmam camaatlarının iştirakı ilə müsəlmanlarla qeyri-müsəlmanlar arasında əlaqələr yaranacaq, Fransada islamın həqiqi siması-sakitlik, sülh və əmin-amanlıq bərpa olunacaq.
O, həmçinin gənc müsəlmanlardan hər cür təəssübkeşlik və ifratdan uzaq olmalarını nəzərə çatdırdı və öz həqiqi dinlərinin-İslamın tanınması üçün səy göstərsinlər.
809951